Adil Cəfərov (3 yanvar 1959, Bakı – 13 iyun 1992, Füzuli rayonu) — Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüşdür.
Adil Cəfərov 3 yanvar 1959-cu ildə Bakıda anadan olub. Əslən Şəkilidir. Adilgilin ailəsi 8 nəfərdən ibarət olub – 6 uşaq olublar, 5 qardaş və 1 bacı . Adil ailənin 2-ci övladı idi. O çox ürəyi açıq, düşüncəli və vətənpərvər ruhda böyümüşdü .
Adil Badamdarda yerləşən 236 nömrəli tam orta məktəbdə oxuyub, daha sonra 8 illik məktəbi bitirdikdən sonra 1977-ci lde 26lar rayonunda, indiki Səbayıl rayonunda Sovet dönəmində əsgərliyini çəkmişdir. Əsgərliyi bitirdikdən və evinə dönəndən sonra UTT qarajında sürücü kimi işə başlayır. Orada işləyərkən 1992-ci ilin axırlarında könüllü olaraq Səbayıl rayonu komissarlığına müraciət edərək cəbhəyə yollanır.
Cəbhədə pulemyotcu təyin edilir və Füzuli ərazisində gedən qızğın döyüşlərdə iştirak edir. Həmin döyüşlərdə qəhrəmanlıqla döyüşür və orada şəhid olur. Döyüş yoldaşlarının dediklərinə görə döyüş çox qızğın olduğundan Adilin nəşini döyüş zonasından çıxartmaq mümkün olmayıb.
Döyüşlər sakitləşəndə Adil şəhid olması haqqında məlumatı ailəsinə xəbər verilir. Lakin onun nəşi döyüş zonasından çıxardıla bilinmir.
Təəssüf ki onun nəşi hələ də tapılmayıb. Atası və qardaşları müraciətlər etsələr də axtarsalar da onun nəşi tapılmayıb.
Qarabağımız azad olunduqdan sonra ümid olunur ki Adilin nəşi də onun döyüşdüyü və şəhid olduğu yerlərdən tapılıb ailəsinə təhvil veriləcək.
Allah Adil Cəfərova rəhmət eləsin.








