Fəqan Zalov

Fəqan Zalov

(1 aprel 1997; Füzuli, Azərbaycan — 9 noyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin miçmanı, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Fəqan Zalov 1997-ci il aprelin 1-də Füzuli rayonunda anadan olub.

Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Fəqan Zalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli,Cəbrayıl uğrunda döyüşlərdə döyüşüb.Cəbrayıl-Xudafərin savaşında sağ ayağının dizindən bir az yuxarı nahiyəsindən yaralanıb.Həkimlərin israrına baxmayaraq əməliyyatdan imtina edib eyni zamanda ona verilən 15 günlük məzuniyyətin 5 gününü götürüb.5 gündən sonra döyüşlərə qayıdıb.Qayıtdıqdan sonra Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fəqan Zalov noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

(09.12.2020) — “Vətən Müharibəsi Qəhrəmanı” medalı
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(24.12.2020) — “Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)
(25.12.2020)—”Füzulinin azad olunmasına görə”medalı (ölümündən sonra)
(25.12.2020)—”Xocavəndin azad olunmasına görə”medalı (ölümündən sonra)
(29.12.2020)—”Qubadlının azad olunmasına görə”medalı (ölümündən sonra)