Rasim Məmmədov

Şəhid

Rasim Məmmədov (8 oktyabr 1987-ci il, Bakı şəhəri, Xətai rayonu – 20 sentyabr 2023-cü il, Xocavənd rayonu) – Azərbaycan Respublikası, DİN, Bakı Əlahiddə Çevik Polis Alayı, Polis çavuşu, Antiterrror əməliyyatı zamanı şəhid olmuşdur.

Rasim Oktay oğlu Məmmədov 8 oktyabr 1987-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. Xətai rayonu, 254 nömrəli məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsilə yiyələnib. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini bitirdikdən sonra Azərbaycan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında xidmət edib.

Azərbaycan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının çavuşu olan Məmmədov Rasim Oktay  oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olub.

Evli idi. İki övladı var.

Bakı, Xəzər rayonu, Şüvəlan qəbirstanlığında dəfn olunub.