Mixail Slesaryov

Mixail Slesaryov

(8 may 1955, Smolensk, Smolensk vilayəti – 12 aprel 2014, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı.

Mixail Slesaryov 8 may 1955-ci il Rusiyanın Smolensk şəhərində doğulmuşdur. 1970-ci ildə 4 saylı məktəbi bitirir. 1971-ci ildə traktorçu işləməyə başlayır. 1975-ci ildə hərbi xidmətə çağırılır. 1977-ci il xidmətini başa vurur. Həmin il Tbilisi Gizirlər Məktəbinə daxil olur.

7 yanvar 1999-cu il Qobustan həbsxanasında xidmətini yerinə yetirirdi. Axşamüstü dustaqlar qiyam etdilər. Mixail cəld əməliyyat qrupu yaratdı, silahlı məhbuslar zərərsizləşdirildi.

Azərbaycan Respublikası prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı fərmanı ilə Slesaryov Mixail Aleksandroviçə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdi.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “N” saylı hərbi hissəsində tağım komandiri vəzifəsində çalışırdı.

Mixail Slesaryov 12 aprel 2014-cü ildə vəfat edib

İki övladı var.