Fərid Hacıyev

Fərid Hacıyev

Hacıyev Fərid Təşkilat oğlu – 04 oktyabr 1989-cu ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 2006-cı ildə İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbini bitirmişdir.

Vətənə olan sevgisi onu hərbi xidməti bitirdikdən sonra yenidən hərbi xidmətə getməyə sövq edir.

Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında Hacıyev Fərid Təşkilat oğlu 28 sentyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək həlak olur.

Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış qəbiristanlıqda dəfn edilmişdir.

Ailəli idi, iki övladı yadigar qalıb.

Peşəkar hərbiçi ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  “Vətən uğrunda”, “Füzulinin  azad olunmasına görə”,  “Xocavəndin  azad olunmasına görə” medalları ilə təltif edilmişdir.