Xəyyam Əzizov

Xəyyam Əzizov

(8 noyabr 1995; Neftçala rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi.

Xəyyam Əzizov 1995-ci il noyabrın 8-də Neftçala rayonunun Züd-Ost Qoltuq kəndində anadan olub.[1] 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi.

Azərbaycan Ordusunun baş leytenantı olan Xəyyam Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyyam Əzizov noyabrın 6 da döyüş tapşırığının yerinə yetirilməsi zamanı ayağından ağır yaralanmış lakin döyüş bölgəsindən təxliyyə edilməsinə razı olmayaraq sona kimi mübarizəni davam etdirmişdir və noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Neftçala rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Əzizov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Əzizov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Əzizov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Əzizov ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

(26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(15.12.2020) — “Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra)
(24.12.2020) — “Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)
(29.12.2020) — “Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)

Azərbaycan Ordusunun baş leytenantı Hacıyev İsmət Şölət oğlu 1993-cü il yanvarın 20-də Quba şəhərində anadan olub. O, Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib və şəhidlik zirvəsinə ucalıb. Quba şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.