(25 fevral 1996-ci il; Ağdam rayonu Mirəşelli kəndi, Azərbaycan — 8 noyabr 2020; Füzuli-Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Ağdam rayonu Mirəşelli kəndində 1996-cı ildə anadan olmuş Orxan Vaqif oğlu Dadaşov gözünü açandan, dünyanı anlayandan güllə səsinə, barıt qoxusuna öyrəncəli olub. Evləri ermənilərin işğal etdikləri və post qurduğu Baş Qərvənd kəndinin cəmi 200-250 metr addımlığında yerləşir. Kəndinin insanları kimi nə düşməndən qorxub, nə də onların açdığı mərmilərdən. Özündən böyük iki qardaşı və əkizi olduğu bacısından sonra evin ən kiçiyi idi.
Şəhidin atası Vaqif Dadaşov I Qarabağ müharibəsinin iştirakçısı olub. Yerli batalyonların birində müharibənin sonuna qədər ermənilərə qarşı döyüşüb. Təəccüblü deyildi ki, bu ailənin də torpaqlarımızın işğadan azad olmasında payı olmalıydı və oldu!
8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub.
Şəhidin atası Vaqif Dadaşov Orxanın dəfndən geri dönəndən sonra qadınların yas mərasimi keçirdiyi otağa daxil olur: “Oğlum, Şuşanın azad edilməsində savaşıb şəhid olub. Şuşa artıq bizimdi! Bundan böyük xoşbəxtlik ola bilməz! Oğluma da qurban olum, Şuşama da! Yüzlərlə mənim oğlum kimi oğullar şəhid olublar!Hər birinə canım qurban! Ağlaşma səsi eşidəndə elə bilirəm oğlum şəhid olmayıb. Adi bir ölümlə həyatını itirib. Xahiş edirəm, ağlamayın balamı! O müqəddəs yolda Şəhid olub! Göz yaşı ilə bunu adiləşdirməyin! Orxan həmişə yaşayacaq!Şəhidlərə ağlamazlar, Şəhidlərlə qürur duyarlar! Mənim kimi!