HAQQIMIZDA

BİSMİLLAH!

ALLAHIN SALAMI VƏ BƏRƏKƏTİ HƏR KƏSİN ÜZƏRİNƏ OLSUN!

Bu saytı yaratmaqda əsas məqsədim Azərbaycanın tanınılması vacib olan insanların nəinki ölkəmizdə, həmçinin bütün dünyada da tanınması üçün vasitə olmaqdır. Bu tanınmış adamların siyahısına Vətən uğrunda canından keçmiş, qazi olmuş, şəhid olmuş adamları aid etmişəm.

İstəyirəm ki, bu işin davamlı olması üçün hər kəs yaxından iştirak etsin. Bu hamımızın vətən qarşısında və o insanlar qarşısında əsas borcumuzdur. Əsasən də Vətən uğrunda şəhid olmuş, qazi olmuş insanlar üçün öz borcumuzu az da olsa yerinə yetirmiş ola bilərik.

Saytı tamamilə şəxsi təşəbbüsümün məhsuludur. Amma istəyənlər bu təşəbbüsə qoşula bilərlər.

Domenin qeydiyyatı, hostingin, sayt temasının alınması, saytın dizaynı və bütün məlumatların doldurulması hələlik şəxsi hesabıma baş vermişdir. Amma gələcəkdə bu işdə yardımçı olmaq istəyən olarsa buyura bilər.

Mənə bu barədə yazmaq istəyən olarsa o zaman ƏLAQƏ bölməsində məlumat göndərə bilər.

Qeyd edim ki, saytda yerləşdirilən məlumatların bəzilərini WikiPedia və digər onlayn mənbəələrdən, bir çoxunu isə müxtəlif şəxlərdən mənə göndərilmiş məlumatlardan götürmüşəm. Allah onlardan da razı olsun. Haqqlarını halal etsinlər.

https://az.wikipedia.org/

http://veten-ugrunda.az/

http://anl.az/down/amq.pdf

və başqaları…

QEYD: SAYTDAKI MƏLUMATLARI PAYLAŞARKƏN VƏ YA İSTİFADƏ EDƏRKƏN SAYTIN ADINI VƏ LİNKİNİ GÖSTƏRMƏYİNİZİ XAHİŞ EDİRƏM. 

ŞƏRHLƏRİNİZİ BURADAN YAZA BİLƏRSİNİZ

SAYT MÜƏLLİFİ HAQQINDA

HAMINIZA TƏŞƏKKÜR EDİRƏM!

ALLAH AMANINDA QALIN!