Ayaz Xəlilov

şəhid

Ayaz Xəlilov (25 yanvar 1998-ci il; Ucar rayonu Alpout kəndi – 1 noyabr 2020-ci il; Ağdərə rayonu, Suqovuşan qəsəbəsi) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Şəhid Xəlilov Ayaz Qnyaz oğlu 25.01.1998-ci ildə Ucar rayon Alpout kəndində anadan olmuşdur.

Əsgər Xəlilov Ayaz Qnyaz oğlu Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərib.

Şəhid Xəlilov Ayaz Qnyaz oğlu 1 Noyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə ölümündən sonra  “Vətən uğrunda” “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına” görə medalları ilə təltif edilib.

Doğulduğu Ucar rayon Alpout kənd qəbristanlığında dəfn edilib.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Cəsur döyüşçü” medalı (ölümündən sonra)“Suqovuşanın azad olunmasına” görə medalı (ölümündən sonra)