Şahin Ağayev

Şahin Ağayev

(13 dekabr 1993, Bakı – 25 oktyabr 2020, Qubadlı, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

13 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2000-2011-ci illərdə Bakı şəhəri, 286 saylı orta məktəbdə təhsil almışdır. 2011-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyasına qəbul olmuş, 2016-cı ildə Akademiyanı pilot ixtisası üzrə qırmızı diplomla bitirmişdir.

2016-2017-ci illərdə Füzuli rayonunun Şükürbəyli kəndində hərbi xidmətdə olmuşdur.

Şahin Ağayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəyə Yasamal hərbi komisarlıq tərəfindən cagrılıb.

Azərbaycan Ordusunun əsgəri olan Şahin Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində qatılıb.

Şahin Ağayev oktyabrın 25-də Qubadlıda şəhid olub.

Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Ağayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)
15.12.2020