Rafail Hüseynov

Rafail Hüseynov

(1 yanvar 2001-ci il; Masallı rayonu, Qarğalıq kəndi — Şuşa şəhəri) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi.

Rafail Teymur oğlu Hüseynov 01.01.2000-ci ildə  Masallı rayonunun Qarğalıq kəndində anadan olub. 2017-ci ildə Ədalət Vəliyev adına Qarğalıq kənd tam orta məktəbini bitirib.

2018-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb. Sonra XTQ kursuna könüllü yazılıb. 6 aylıq kursdan sonra hərbi hissədə kiçik gizir rütbəsində çalışmağa başlayıb.

Az yaşı olmasına baxmayaraq XTQ-yə qəbul edilib. 398 nəfər kurs iştirakçısından yalnız 28-i seçilib. Onlardan biri də Rafail olub.

Sentyabrın 27-də başlanan 44 günlük müharibənin 42 gününü döyüşüb. Döyüş zamanı neçə-neçə yaralı və şəhid əsgər yoldaşını təxliyə edib.

Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Subay idi.