Natiq Məmmədov

Natiq Məmmədov

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı.

11 may 1975-ci ild Zaqatala rayonunun Dağlı kəndində anadan olmuşdur. 1990-cı ildə burada kənd orta məktəbinin rus dili bölməsinin səkkizinci sinfini bitirdikdən sonra, təhsilini Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində davam etdirmiş, mexanizator ixtisasına yiyələnmişdir. Bir müddət “Dağıstan” kolxozunda çalışmışdır. Natiq Məmmədov subay idi.

Natiq Məmmədov 1993-cü ildə Milli Ordu sıralarına çağrılırmış, bir müddət təlim keçdikdən sonra Füzuli, Ağdam, Tərtər istiqamətlərində döyüşlərdə iştirak etmişdir.

1994-cü il 4 oktyabr hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsi zamanı N.Məmmədov şücaət göstərərək şəhid olmuşdur.

Zaqatala rayonunun Əli Bayramlı kəndində dəfn edilib.

Azərbaycan Resublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Məmmədov Natiq Bəşir oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Zaqatala rayonuda yerləşən uşaq bağçası Natiq Məmmədovun adını daşıyır

Ümumilikdə 1 şərh qəbul olunub

Şərh yazmaq üçün menyudan ŞƏRHLƏR səhifəsinə gedin.