Ümman Əmiraslanov

Ümman Əmiraslanov

(21 dekabr 1996; Qəbələ rayonu, Azərbaycan — 2 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Ümman Əmiraslanov 1996-cı il dekabrın 21-də Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olub. 2016-cı ildən “OBA” mağazasında çalışırdı.

Ümman Əmiraslanov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Ümman Əmiraslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ümman Əmiraslanov oktyabrın 2-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Pənahov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümman Əmiraslanov ölümündən sonra “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.

“Cümə günü namaz üstündə Şəhid olur …”

“Vətən müharibəsi”ndə Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Əsgər Ümman Əmiraslanovdur. Ümman Əmiraslanov 21 Dekabr 1996-cı ildə Qəbələnin Yeni Dizaxlı kəndində dünyaya göz açıb. 3 bacının tək qardaşı idi. 2003-cü ildə Qəbələ rayonu Şəhid Şükran Eyvazov adına Yemişanlı kənd tam orta məktəbinin birinci sinifinə daxil olur. 2009-2010-cu illərdə Şəki Islam Mədrəsəsində dini təhsil alır. III ixtisas qrupu üzrə hazırlaşırdı. 2014-cü ildə məktəbi bitirir və həqiqi hərbi xidmət yaşı çatır. Lakin ayağında olan problemə görə (ayağının altı düz idi) xidmətə yararsız hesab edilir. Anası deyir ki, “çox israr etdi. Istəyinə nail oldu və xidmətə yollandı. Sumqayıtda yerləşən N saylı hərbi hissədə xidmətə başladı. Orada da dinc durmadı. Öz istəyi ilə kəşfiyyat bölüyünə yazıldı”.Hərbi xidməti zamanı komandirlərin rəğbətini qazanır. 2016-cı ildə hərbi xidməti başa vurub, evinə dönür. Əvvəlcə Qəbələdə marketdə işləyir. Daha sonra ailəsi ilə birgə Bakıya köçür. Orada “Araz” və “Bravo” marketlərində çalışır. Pandemiya səbəbi ilə yenidən kəndə qayıdırlar. Qəbələdə “Oba” marketdə işləməyə başlayır. Marketdə idarəçi işinə qədər yüksəlir. Polad Həşimovun Şəhadəti Ümmanı bərk sarsıtmışdı. Elə, həmin səbəbdən könüllü olaraq yazılır. “Vətən müharibəsi” başlayanda könüllü olaraq döyüşlərə yollanır. Anası deyir ki, “razı olmadım. Dedim getmə. Atası II qrup əlil, qızım isə daun sindromludur. Dedi ki, haqqını halal elə, Allah saxlayanı kimsə öldürə bilməz! Qismət olsa, geri dönüb evlənəcəyəm. Yox əgər Şəhid olsam, bil ki, Şəhidlik uca zirvədi və hər adama qismət olmur!”Suqovuşan ərazisində gedən döyüşlərdə fəal iştirak edir. Yaşayış məntəqələrimizin azad olunmasında xüsusi igidlik göstərir.Imkan düşdükcə ailəsi ilə əlaqə saxlayır. Əmisi ilə telefon danışıqlarının birində döyüşdə olduğunu atasından gizlətməsini xahiş edir. Anası ilə danışanda isə bir daha halallıq alır. Anası deyir ki, “mədəsində yara var idi. Lakin silah-sursat daşımasında aktiv olub. Ac-susuz qalıb. Komandir istirahət et deyəndə isə “bura istirahətə gəlməmişik” deyir”. Öz silahında problem olduğu üçün məhv etdiyi düşmən əsgərlərinin silahlarını yoxlayıb götürür. Oktyabrın 2-də cümə günü cümə namazı üçün durur. Namaz vaxtı düşmən gülləsinə tuş gələrək Şəhadətə ucalır. Anası deyir ki, “oğlum çox imanlı idi. Həmişə namazda dua edirdi ki, Allah, məni yolumda azdırma! Mənə Şəhidlik qismət et!”Ümman Qəbələ rayonunda uğruna canından keçdiyi torpağa tapşırılır.Anası bildirir ki, “mən təkcə oğul yox, həm də bir ata, bir qardaş, bir dost, arxa-dahaq itirdim…”

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Laçının azad olunmasına görə” medalı (ölümündən sonra)
15.12.202029.12.2020