Irşad Ağayev

Qarabağ Müharibəsi Şəhidi

Ağayev İrşad (15 yanvar 1969, Kəlbəcər rayonu, Bağırsaq kəndi – 1993, Murov) – Azərbaycan Respublikası DİN-nin polis serjantı, Birinci Qarabağ müharibəsi şəhidi.

Ağayev İrşad Eyvaz oğlu 15 yanvar 1969-cu ildə Kəlbəcər rayonunun Bağırsaq kəndində anadan olub.

1992 – 1993 -cü illərdə Goranboy rayonunda Polis Şöbəsində işləyib və işlədiyi vaxt könüllü olaraq Birinci Qarabağ Müharibəsində döyüşlərdə iştirak edib və bir sıra qəhrəmanlıqlar göstərmişdir.

Murov istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.

Göranboy rayonunun Şəfəq kənd qəbiristanlığında dəfn edilmişdir.