Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.
Əslən Qərbi Azərbaycanlı olan Babək Ələkbərov 24 dekabr 1987-ci ildə Abşeron rayonu Ceyranbatan qəsəbəsində anadan olub.
Atası Mürsəl Ələkbərov Hamamlı (Spitak rayonu Saral kəndi, Ermənistan SSR) anadan olub.
Anası Kalinino rayonu Molla Eyyublu kəndində anadan olub
Ailəlidir, 3 övladı var
Babək Ələkbərov Azərbaycan Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Qüvvələrində xidmət edir. 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə “İgidliyə görə” medalı ilə təltif edilib. 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsinin iştirakçısıdır. Arazboyu əməliyyatlarda böyük şücaət göstərmiş Zəngilan şəhərini və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə etmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Babək Ələkbərov “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.