Devid Cəlilov (29 fevral 2004-cü il, Xaçmaz rayonu, Köhnə Xudat qəsəbəsi – 20 sentyabr 2023-cü il, Ağdərə rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Antiterrror əməliyyatı zamanı şəhid olmuşdur.
Vətənini ürəkdən sevən, çəkinmədən onun yolunda şirin canından keçən mərd oğullardan biri idi Cəlilov Devid Rauf oğlu. Devid, 2004-cü ildə Xaçmaz rayonu Xudat şəhərində, sadə və zəhmətkeş ailədə dünyaya göz açmışdı. 2009-2021-ci illərdə Kərim Məhərrəmov adına Xaçmaz rayonu Xudat şəhəri 3 nömrəli tam orta məktəbdə təhsil almışdır. Məktəb illərində idmanın bir çox növlərinə maraq göstərmişdir. Karate, güləş, boks, üzgüçülük ilə məşğul olmuşdur. Bir çox nailiyyətləri olmuş, birinciliyi qazanmış, medallarla təltif olunmuşdur. Nümunəvi oxumağına, davranışına görə şəkli şərəf lovhəsinə vurulmuşdur. Gülərüzlüyü, səmimi davranışlari ilə müəllim və şagirdlər arasında hörmət qazanmışdır. Yeddi il musiqi məktəbində fortepiano ixtisasi üzrə təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir. Boş vaxtlarında futbol oynamağı sevərdi. Yoldaşlarıyla velosiped yarışlarına qatılardı. Məktəbdə oxuyarkən hərbi hazırlıq, riyaziyyat, kimya fənnlərinə çox maraq verərdi. Evdə olan zaman, mətbəxdə ləziz yeməklər, salatlar edərkəndə anasına kömək edərdi. Çox zəhmətkeş, qayğıkeş idi Devid. Evin son beşiyi, iki bacının yeganə qardaşı idi. Türk dizilərini seyr etməyi xoşlayardı. Məsələn: Həzrəti Yusif, Arka Sokaklar, Şefkat Tepe ve s.
Komando kəşfiyyat bölüyündə tuşlayıcı vəzifəsini idarə edirdi. 2022-ci il 12-14 sentyabr, olduğu Komando dəstəsində düşmənin hücumunun qarşısının alınmasındada iştirak etmişdir. O vaxt yanında hərbiçi və əsgər yoldaşlarından yaralanan, şəhid olan oldu. Bundan sonra Devidin Vətəninə, xalqına olan sevgisi dahada artdı. Könüllü olaraq, iki ay snayper kursuna yazıldı və sərrast snayperçiyə çevrildi. Məzuniyyətə gələn zaman anasına demişdi ki: Ana, döyüş olarsa “Sağ qalsam qəhrəman, ölsəm şəhid olacam”.Aylarla keçirilən təlimlər öz nəticəsini göstərirdi. Devid artıq sıravi əsgər kimi deyil, sərrast atan cəsur döyüşçü kimi yetişmişdir. Özünə verilən yeni PK silahını hər gün temizləyir, onu nə vaxt döyüşdə, düşmənə qarşı işlədəcəyi günü səbirsizliklə, əzmlə gözləyirdi. Təxrisinə 3 ay qalmış, bir gün evə zəng edib hərbi hissədə müddətsiz xidmət etmək istədiyini soylədi. Lakin Devidin uşaqlıqdan bir arzusu var idi. Polis olmaq, düşmənlərə qarşı mübarizə aparmaq. Devidin, polis olmaq arzusu ürəyində qaldı. Polis kimi düşmənlərə qarşı mübarizə apara bilməsədə, əsgər kimi düşməni məhv etməyi bacardı.19 sentyabr 2023 ildə, Azərbaycan Ordusu lokal antiterror əməliyyatına başladı. Devid də hərbiçi və əsgər yoldasları ilə döyüşə qatıldı. Qarşıda ki, yüksəkliklər yaxşı silahlanmış düşmən separatçı qüvvələrinin əlində idi. Yüksəkliklər nəyin bahasına olursa olsun alınmalıydı. Qızğın döyüş başladı. Devidin gözü qarşısında özü olduğu kəşfiyyatçı dəstədə ki, hərbiçi və əsgərlərin şəhid olması, yaralanması, onda düşməndən qisas almaq hissini dahada alovlandırdı. Devidin döyüş yoldaşları, gecə döyüş səngiyən zaman, gəl yaranı sarıyaq, get xəstəxanaya müalicə al desələrdə, “Torpaq bizimdir, biz alacağıq, ancaq irəli” demişdir. Döyüşdə özü yaralansada, yaralı halda döyüş ərazisindən yaralıları çıxarmaqda köməklik göstərmişdir və dahada irəli can atmışdır. 20 sentyabr, Papravǝnd Agdərə istiqamətində düşmən mövqeyini ələ keçirərkən, düşmənin atdığı mərmilərdən bir neçəsi Devidin yaxınlığına düşür.
Yeniyetmə çağlarında internetdə döyüş oyunlarını izləyər ve kompyuterdə pubg, point blank, counter- strike və s. oyunlarını oynayardı. Maşın sürməyədə həvəsi var idi. Oxuya-oxuya maşın yumada, bağlarda, anbarda zəhməti ilə çalışaraq özünə sürücülük vəsiqəsidə almışdı. Yol hərərkəti qaydalarını, maşın idarə etməni mükəmməl bilirdi.2020-ci ildə Ermənistan xaincəsinə torpaqlarımıza ağır texnikalarla hücum edəndə, ərazilərimiz raketlərlə vurulanda artıq şəhidlər verirdik. Hami bir nəfər kimi torpaqlarımızı qorumağa başlayanda, könüllü kimi Deviddə rayon hərbi kommisarlığına gedib adını yazdırmışdı. Devidin ən böyük arzusu torpaqlarımızın düşməndən azad edilməsi idi. Çünki oxuduğu orta məktəbdə adı əbədiləşdirilən Birinci Qarabağ müharibəsi şəhidi Kərim Məhərrəmovun döyüş yolu, fədakarlığı haqqında çox eşitmişdi. Ona görə də Vətən torpaqlarının işğaldan azad olunması üçün həmişə hazır idi.2022-ci ilin aprelin 1, Gəncə şəhərində N saylı hərbi hissədə 3 ay təlimlərdə iştirak etmiş, iyun ayının 24 isə Goranboy rayonunda ki, N saylı hərbi hissədə müddətli xidmətə başlamışdır. Çox keçmir nümunəvi xidməti, hərbi təlimlər zamanı döyüş igidliyi, ən əsası torpağına bağlılığı onu əsgərlərin, komandirlərin sevimlisinə çevirir.
Devidin gözü qarşısında özü olduğu kəşfiyyatçı dəstədə ki, hərbiçi və əsgərlərin şəhid olması, yaralanması, onda düşməndən qisas almaq hissini dahada alovlandırdı. Devidin döyüş yoldaşları, gecə döyüş səngiyən zaman, gəl yaranı sarıyaq, get xəstəxanaya müalicə al desələrdə, “Torpaq bizimdir, biz alacağıq, ancaq irəli” demişdir. Döyüşdə özü yaralansada, yaralı halda döyüş ərazisindən yaralıları çıxarmaqda köməklik göstərmişdir və dahada irəli can atmışdır. 20 sentyabr, Papravǝnd Agdǝrǝ istiqamətində düşmən mövqeyini ələ keçirərkən, düşmənin atdığı mərmilərdən bir neçəsi Devidin yaxınlığına düşür. Hündürboylu olduğundan, qəlpələrin çoxunu bədənini sipər edərək yoldaşlarını xilas edir. Şəhadətə ucalarkən üzündə məsum bir təbbəsüm olub. Ömrünün 19-cu payızında, qısa və şərəfli həyatını, Vətəninə qurban verdi.
Ölümündən sonra “3-cü dərəcəli Vətənə xidmət” ordeni və “Vətən uğrunda” medalı ilə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən təltif olunub.
“Torpaq uğrunda ölən varsa Vətəndir”. Unutmayaq, unutdurmayaq! Şəhidlər heç zaman ölmür, daima qəlbimizdə ruhumuzda. Devid də belə qəhrəmanlardandır. Allah bütün şəhidlərimizin ruhunu şad etsin.
“Vətən uğrunda” medalı (ölümündən sonra) | III dərəcəli “Vətənə Xidmətə görə” ordeni (ölümündən sonra) |