HƏMİDOV İZZƏT RÖVŞƏN oğlu 2000-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
İzzət 12 yaşına kimi rəqqas idi, telekanallara da dəvət edirdilər. Bir az böyüyüəndən sonra rəqsdən uzaqlaşdı. Eyni zamanda, uşaqlıqdan futbol həvəskarı idi. Bakının AZAL klubununun aşağı yaş qrupunda çıxış edirdi.
İzzət əsgərliyə könüllü gedib. Çünki uşaqlıqdan böyrəyində, ayağında problem var idi deyə, hərbi xidmətə yararlı deyildi. Buna görə dövlət tərəfindən oğluma aylıq müavinət də verilirdi. Amma İzzət hərbi xidmətə getmək üçün həmin müavinətdən imtina etdi. Bir il hərbi komissarlığa gedib inad edib ki, onu əsgərliyə aparsınlar. Deyirdi ki, hərbi formanı geyinmək ən böyük arzumdur. Böyrəyindəki problemə görə anası ondan xahiş edib ki, futboldan uzaqlaşsın. Sonra AAFF Parkda lahmacun-pizza ustası kimi işləməyə başladı. İki ildən çox orada işlədi.
Şəhid Cəbrayıl Dövlətzadə ilə bir yerdə işləyirdilər, dost idilər. Cəbrayıl da orada aşpaz idi.
Oktyabrın 9-u Füzulinin Alxanlı kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.