Nofəl Əlizadə

Nofəl Əlizadə

(Bərdə rayonu Saatlı kəndi — 2020; Suqovuşan) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, Vətən müharibəsinin şəhidi.

Nofəl Qəmbər oğlu Əlizadə Bərdə rayonu Saatlı kəndində anadan olub. Ailədə cəmi iki övlad olan Nofəl ailənin ilk və yeganə oğul övladı olub. Nofəl həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2013-2019-cu illərdə Daxili Qoşunların sıralarında müddətdən artıq hərbi xidmət keçib. Müqaviləsi başa çatandan sonra evə gələrək sahibkarlıq fəaliyyətilə məşğul olacağını qarşısına məqsəd qoyub. Valideynlərinin bildirdiyinə görə, o planlaşdırdığı işini başa çatdıra bilmir.

Nofəl Tovuz hadisələrindən sonra yenidən hərbi xidmətdə qayıtmaq istəyini bildirir. Onu bu fikirdən daşındırmaq istəyən atası tək oğul övladı olduğu üçün öz işini davam etdirməyini və atasına müəyyən işlərdə yardımçı olmasını deyir. Atanın bu təklifinə “Ata, o şərəfsizlər generalımızı şəhid edib. Haqqını halal elə, amma mən xidmətə qayıdacam” deyir. Bu söhbətdən sonra o, yenidən ordu sıralarına qayıtmaq üçün müraciət edir. Müraciətinə müsbət cavab gələn Nofəl sevinərək evə gəlir, valideynləri və ailəsi ilə görüşərək xidmətə yola düşür.

Ordu.az

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Suqovuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)“İgidliyə görə” medalı (ölümündən sonra)
15.12.202024.06.202124.06.2021