(d: Balakən rayonu Şambul kəndi)
Pərviz Ukrayev Qarabağda savaş başlayan ilk günlərdən döyüşlərə qatılıb və bir çox döyüşlərdə öz snayperi ilə şücaətlər göstərib. Döyüşlərin birində 30 nəfər hərbçi yoldaşları ilə birlikdə girdikləri döyüşdə minaya düşürlər. Ayılanda isə döyüş yoldaşlarının yarısından çoxunun şəhid olduğunu görür. Özü huşsuz vəziyyətdə olduğundan onu da şəhid yoldaşları kimi tabuta qoyularaq hospitala yola salınır. Amma tabutlar maşına yığılan zaman gözlənilməz hadisə baş verir. Tabutların birindən səs gəlir: “Mən hələ sağam”
Bunları qazi Pərviz Urkayev danışıb:
Gördüm ki, qaranlıq bir otaqdayam. Tabutu dirsəyimlə vurub açanda yanımdakı əli və qolu olmayan əsgər yoldaşımın sürünə-sürünə getdiyini gördüm. Dedim ki, məni qoyub hara gedirsən. Mənə dedi ki, ardımca gəl. O, məni qaldıranda huşumu itirdim”.
Pərviz Urkayev huşunu itirdikdən sonra nəbzi dayanıb. Bundan sonra o, şəhid bayrağına bükülərək yenidən tabuta qoyulub və morqa göndərilib. Burada isə həkimlər bir-bir şəhid nəşlərini müayinə edərkən onun sağ olduğunu görüblər.
Həkimlər tabutların hamısını yoxlayan zaman Pərviz olan tabutu da yoxlayanda görüblər ki, onun nəbzi vurur. Onu götürüb aparıblar xəstəxanaya. O komadan çıxandan sonra deyblər ki, səndəki ürək heç kimdə yoxdur. Bədənində qan qurtarmışdı, yenə də ürəyin işləyirdi”, – deyə Urkayev bildirib.
Qazi Pərviz Ukrayev deyir ki, özünə gələn zaman ayağının topuqdan aşağı hissəsinin olmadığını görüb. Əvvəl elə zənn edib ki, ayağı amputasiya edilib, daha sonra minaya düşərkən ayağının elə yerindəcə qopduğunu öyrənib.
Prezident İlham Əliyevin Sərəncamı ilə Pərviz Urkayev “Cəsur döyüşçü” medalı ilə təltif ediib.