(25 dekabr 1997; Ağcabədi, Azərbaycan — 27 sentyabr 2020; Füzuli, Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, Vətən müharibəsi şəhidi.
Balacayev Qərib Nəsib oğlu 1997-ci ilin dekabr ayının 25-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. Ağdam rayonun Mərzili kəndindən məcburi köçkün olaraq Beyləqan rayonunun Təzəkənd kəndində məskunlaşıb. 2005-ci ildə həmin kənddə Milli Qəhrəman Əliheydər Məmmədov adına tam orta məktəbin 1-ci sinifinə qəbul olunub. 2 bacının tək qardaşı olan Qərib subay idi.
2016-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2016-ci ilin iyul ayının 8-də hərbi xidmətə çağırılıb. Ağdam komissarlığı tərəfindən N saylı hərbi hissədə “Rabitə kəşfiyyatçısı” olaraq xidmət etmişdir. Hərbi xidməti 2018-ci ilin 8 yanvarında başa vurduqdan sonra özəl şirkətlərin birində çalışıb. Daha sonra işdən çıxaraq 2019-cu il 9 apreldə “N” saylı hərbi hissədə komandirin “Baş mexannik sürücüsü” kimi BMP idarə edib.
Azərbaycan Ordusunun əsgəri olan Qərib Balacayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. 28 sentyabrda Beyləqan rayonun Təzəkənd kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qərib Balacayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qərib Balacayev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
“Vətən uğrunda” medalı (ölümündən sonra) | “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra) |
15.12.2020 | 25.12.2020 |