(13 mart 1987, Məzrə, Cəbrayıl rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçisi, Birinci dərəcəli dövlət qulluqçusu, Vətən müharibəsinin şəhidi
Xəlilov Ruhin Müzəffər oğlu 13.03.1987-ci ildə Cəbrayıl rayonu Məzrə kəndində anadan olmuşdur.Xırdalan şəhər 1 nömrəli tam orta məktəbini bitirmişdir. Bakı Asiya Universitetinin hüquq fakültəsində bitirmişdir.
Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışıb. Birinci dərəcəli dövlət qulluqçusu olub.Ədliyyə kapitanı idi.
İkinci Qarabağ müharibəsi başlayan gündən könüllü olaraq Cəbrayıl rayon hərbi komissarlığına müraciət edib. Ruhin Xəlilov 21 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İkinci fəxri xiyabanda dəfn edilmişdir.
(15.12.2020) — “Vətən uğrunda” medalı-Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda“ medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən İcra Baş İdarəsinin “Fəxri Ədliyyə İşçisi” adı verilmişdir.