(14 oktyabr 1994-ci il; Bakı şəhəri – 16 dekabr 2015-ci il, Azərbaycan-Ermənistan təmas xətti) — Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçısı.
2015-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Əslən Ağdam rayonundan olan Rəşad Cəfərzadə 14 oktyabr 1994-cü ildə Bakı şəhərində anadan olub. Hələ uşaq yaşlarında, anasını və atasını itirən Rəşad Cəfərzadəyə, onun dayısı və xalası baxırdı.
Əsgər Rəşad Cəfərzadə 2015-ci ildə, dekabrın 16-da axşam saatlarında Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Dekabrın 17-si isə Rəşad Cəfərzadə doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Cəfərzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Rəşad Cəfərzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.
“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı |