3 fevral 1949, Tərtər rayonu — Azərbaycanın Milli Qəhrəmanı (1992). Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmişdir.
Şahin Tağıyev 3 fevral 1949-cu il Tərtər rayonunda doğulmuşdur. Bakı şəhərinin Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə getmiş və beşinci sinfə qədər burada təhsil almışdır. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirmişdir. Daha sonra Energetika texnikumuna daxil olur. 1969-cu ildə texnikumu bitirir və təyinatla Udmurt vilayətinə göndərilir.
Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə döyüşlərdə iştirak etməyə başlamış, Tərtər, Seysulan, Yarımca bölgələrindəki döyüşlərdə iştirak etmişdir. “Qurtuluş” batalyonunda vuruşan Şahin bir müddət sonra bu batalyonun komandiri təyin edilmişdir.
Hazırda İsveçdə mühacirətdə yaşayır.
Ailəlidir, iki övladı var.
Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Tağıyev Şahin Talıb oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.