(6 iyun 1997-ci il; Qaradağ rayonu, Qobu qəsəbəsi — Noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Əliyev Əli Ələsgər oğlu 1997-ci ildə Fizuli rayonunda anadan olub. 5-ci sinifə qədər Fizuli rayonunun işğal altında olamyan kəndində yaşayıb. Sonra ailəsi ilə birlikdə Qobuya köçüb. Qobuda 1 saylı ora məktəbdə təhsil alıb, 9-cu sinifdən məktəbdən çıxıb peşə təhsilinə üz tutub. Qaynaq ustası peşəsinə yiyələnib. 2016-cı ildə hərbi xidmətdə olduğu müddətdə Aprel döyüşlərinin iştirakçısı olub. Hərbi xidmətdə nümunəvi davranışı ilə fərqlənib, çavuş və manqa komandiri olub. Hərbi xidmətdən döndükdən sonra bir müddət mühafizəçi kimi işə başlayıb. Sentyabrın 27-də döyüşlər başlayarkən dərhal səfərbərliyə alınıb və müharibəyə yola düşü.Bir neçə rayonumuzun azad edilməsi əməliyyatlarında iştirak edib. Yüngül yaralanıb, lakin hospitalı tez tərk edib, yendiən döyüş yoldaşlarına qoşulub.
Döyüş vaxtı Əliylə birlikdə döyüş yoldaşı da yaralanıb. Yaralaıları döyüş meydanından çıxararkən deyib ki, dostumu aparın mən yaxşıyam dözərəm və döyüşə davam edib.Daha ağır yara alıb. Yaralıları aparanlar Əlini aparmağa gələndə boğazından aldığı güllə yarasından öldüyünü görüblər.
Əli Qobu qəsəbəsində dəfn edilib. Cismi torpağa tapşırılsa da, ruhu göylərdə, xatirəsi qəlbimizdədir.