Abakar Hacıyev

Abakar Hacıyev

(11 aprel 1979-cu il; Zaqatala rayonu – 27 oktyabr 2020-ci il; Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi.

Abakar Hacıyev 1979-cu il aprelin 11-də Zaqatala rayonunun Dardoqqaz kəndində anadan olub. Orta təhsilini Ş.Qurbanov adına 3 saylı Zaqatala şəhər tam orta məktəbində alıb. 1996-2000-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Ailəli idi. Hacı və Eldar adında oğulları, Elvira adında isə qızı yadigar qaldı.

Abakar Hacıyev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsi altında xidmətə başlayıb. Xidmət illəri ərzində “mayor” hərbi rütbəsinə qədər yüksəlib.

Azərbaycan Ordusunun mayoru olan Abakar Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abakar Hacıyev oktyabrın 27-də Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Zaqatala rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abakar Hacıyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abakar Hacıyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abakar Hacıyev ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.

III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı“Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalıIII dərəcəli “Qüsursuz xidmətə görə” medalı“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalıII dərəcəli “Qüsursuz xidmətə görə” medalı
26.06.200126.06.200826.06.201026.06.201326.06.2015
I dərəcəli “Qüsursuz xidmətə görə” medalı“Vətən uğrunda” medalı (ölümündən sonra)“Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra)“Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra)
26.06.202015.12.202015.12.202025.12.2020