Əmirov Anar Allahverdi oğlu – 29 dekabr 2000-ci ildə Sabirabad rayonu, Bulaqlı kəndində anadan olub. Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Anar 2018-ci ildə Sabirabad rayonu Şəhriyar qəsəbəsində fəaliyyət göstərən Cəbrayıl rayon 12 saylı tam orta məktəbini bitirmişdir.
2019-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Cəlilabad rayonu N saylı hərbi hissədə xidmətini başa vurduqdan sonra orada qalıb müddətdən artıq xidmət etməyə qərar vermişdir.
15 oktyabr 2020-ci il tarixdə Respublikamızın ərazi bütövlüyü uğrunda gedən İkinci Qarabağ savaşında Zəngilan rayonu istiqamətindəki döyüşlər zamanı qəhrəmancasına döyüşərək Şəhid olmuşdur.
Füzuli rayonu Qazaxlar kənd məzarlığında dəfn edilmişdir.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əmirov Anar Allahverdi oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir .