Aqil İsmayılov

Aqil İsmayılov

(18 iyul 1996; Şərur rayonu – 28 sentyabr 2020; Murov dağ) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi.

Aqil İsmayılov 1996-cı il iyulun 18-də Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 2002-ci ildə çomaxtur kend tam orta mektebinin 1-ci sinifinə daxil olur.2009 -cu ildə 8 ci sinifi bitirerek Çəmşid Naxçvanski adina herbi litseye qəbul olub.3 il tehsil aldığdan sonra AAHM qebul olur. 2018 ci ilde LEYTENANT herbi rütbesi ile xidmetine başlayır.1 il pilotluğ kursları keçdikden sonra XTQ olmağ ucun davamli kurslara gedir AQIL ucun ən ağır kurs GURCÜSTAN DAĞ kursu olur lakin 500 neferden seçilen 40 nəferden biri olur kursu ferqlenme ve sertifikatla bitirir.

Subay idi.

Azərbaycan Ordusunun leytenantı olan Aqil İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Aqil İsmayılov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Şərur rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil İsmayılov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil İsmayılov ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Hərbi xidmətlərə görə” medalı (ölümündən sonra)“İgidliyə görə” medalı“Azərbaycan Ordusunun 100 iliyi yubleyi” medalı“Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi yubleyi” medalı
15.12.202030.12.2020