Bəxtiyar Məmmədov

Bəxtiyar Məmmədov

Bəxtiyar Məmmədov 1962-ci il fevralın 12-də Quzanlı kəndində anadan olub. 1979-cu ildə orta məktəbi bitirəndən sonra Ağdam kənd təsərrüfatı texnikumuna daxil olub. Təhsil aldığı müddətdə sovet ordusuna çağrılıb, ikiillik hərbi xidmətini Arxangelski vilayətində başa vurandan sonra Vətənə qayıdıb,təhsilini davam etdirib. Texnikumu bitirən Bəxtiyar bir neçə il ixtisası üzrə kolxozda işləyir.

1991-ci ildə ailə həyatı qurur.

1993-cü ilin iyunun 30-da Bəxtiyar milli orduya çağrılır. Milli Qəhrəman Yelmar Ömərovun başçılıq etdiyi bataliyonun tərkibində Mərzili , Novruzlu, Çəmənli kəndləri uğrunda döyüşlərdə dəfələrlə iştirak edir.

Onun son döyüşü 1993-cü il dekabrın 28-də olub. İyirmiyə qədər əsgərlə döyüşə girən batalyon Mərzili-Novruzlu arasında ermənilərlə qəfil üz-üzə gəlir. Ağır döyüşdə əsgərlərimiz düşmənin 4 zirehli texnikasını vuraraq sıradan çıxarırlar. Batalyon komandiri Y.Ömərov və bir neçə başqaları yaralansalar da, döyüşdən sağ çıxa bilirlər.

Yeddi nəfər həlak olan əsgərlərimizi, o cümlədən Bəxtiyarı isə döyüş meydanından çıxarmaq mümkün olmur.