Camal İsmayılov

Camal İsmayılov

(7 iyul 1984; Həsənabad, Neftçala rayonu – 23 oktyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Camal İsmayılov 1984-cü il iyulun 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub.

Ailəli idi.3 övladı yadigar qaldı.

Camal İsmayılov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olan Camal İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın, Cəbrayılın,Qubadlının, Hadrutun və Laçın dəhlizinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Camal İsmayılov oktyabrın 23-də Laçın dəhlizinin uğrunda gedən döyüşlərdə şəhid olub. Neftçala rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

III dərəcəli “Qüsursuz xidmətə görə” medalı
II dərəcəli “Qüsursuz xidmətə görə” medalı
I dərəcəli “Qüsursuz xidmətə görə” medalı
“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
(09.12.2020) — “Vətən Müharibəsi Qəhrəmanı” medalı
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(24.12.2020) — “Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)

Radioəlaqə ilə erməni qoşunlarını geri çəkilməyə əmr edən əfsanəvi qəhrəmanımız Camal İsmayılov …“Vətən Müharibəsi Qəhrəmanı”, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Camal İsmayılovun qəhrəmanlığı haqqında oxuduqda, onun bir əfsanə olduğunun şahidi olursan. Filmlərdəki qəhrəmanların edə bilmədiyini Camal 44 günlük savaşda həyata keçirdib. 3 dildə sərbəst danışmağı bacaran Camal 44 günlük savaşda erməni radioəlaqələrinə qoşularaq erməni generallarına əmr verib. Erməni qoşunlarını Camal radioəlaqə ilə geri çəkilməyə əmr edib. Ermənilər qurulan tələyə düşərək öz qoşunlarını geri çəkib. Camal İsmayılov onlara erməni əsgərini süngü bıçaqla əlbəyaxa döyüşdə məhv edib. Qəhrəmanımıza ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. O, Füzulinin, Cəbrayılın, Zəngilanın, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin azad olunmasında, həmçinin Laçın dəhlizi istiqamətində hakim yüksəkliyin alınmasında qəhrəmancasına vuruşub, düşmənə sarsıdıcı zərbələr endirib. 36 yaşlı hərbçimiz ömrünün 18 ilini Vətənə şərəflə xidmətə həsr edib.