Eldar Xəlilov

Eldar Xəlilov

(19 avqust 1976, Zəngilər, Zəngibasar rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.

Eldar Xəlilov 19 avqust 1976-cı il Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində anadan olmuşdur.

1983-cü ildə burada məktəbə getmiş, 1988-ci ildə burada yaşayan soydaşlarımız erməni millətçilərinin təcavüzünə məruz qalanda o da ailəsi ilə birlikdə Bakıya gəlir və burada məskunlaşır. Təhsilini 96 və 252 saylı məktəblərdə davam etdirir.

29 sentyabr 1994-cü il hərbi xidmətə çağırılır.

1995-ci il 13-17 mart silahlı dəstə dövlətimizə xəyanət edərkən Eldar dəstənin zərərsizləşdirilməsi zamanı həlak oldu onun arzularla dolu gənc ömrü qırıldı…

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Bakının Bakıxanov qəsəbəsindəki küçələrdən biri qəhrəmanımızın adını daşıyır.