Elvin Babayev

Elvin Babayev

(28 fevral 2001-ci il; Gəncə şəhəri, Azərbaycan — 2 oktyabr 2020-ci il, Suqovuşan, Ağdərə, Azərbaycan) — Vətən müharibəsinin şəhidi.

 Elvin Babayev,  28 fevral 2001-ci ildə, Gəncə şəhərində anadan olub. Özündən kiçik bi qardaşı var. Daha sonra ailə Bakıya köçür. Elvin orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Təxris edilməsinə cəmi 3 ay vaxt qalmışdı. Lakin onu qarşıda şərəfli bir missiya gözləyirdi. 2 oktyabr 2020-ci il, əsgər Elvin Babayev Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur…

Elvin çox mehriban, qayğıkeş bir insan olub. Hələ hərbi xidmətdə olanda komandirləri “başına and içib”. Getdiyi hər yerdə özünə hörmət qazanmağı bacarırdı. Heç bir pis vərdişi olmayıb, idmanla məşğul olmağı sevirdi.

Müharibə 4 gün olardı ki başlamışdı, evdən zəng etib onunla danışıblar. Qardaşına deyib ki, evdəkilərdən muğayat ol, artıq evin kişisi sənsən… Elə bu onunla sonuncu danışığı oldu. Oktyabr ayının 2-si şəhidlik xəbəri gəldi. Anasına isə o nigaran qalmasın deyə ön cəbhədə olduğunu bildirmirdi. Elə hey deyirdi ki, narahat olma biz arxadayıq.

Yaxın dostu Cavidan Ağayev ilə birlikdə döyüşüb, eyni anda da şəhid olublar. Bildiyimizə görə, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak ediblərmiş. Komandirin sözlərinə görə, Elvin ancaq istəyirmiş ki, biz atəş açaq. Dostları ilə tez-tez zarafatlaşarmış, deyərmiş ki, “nə oldu elə bir-iki atəş açan kimi yorulursuz.

Şəhid olmamışdan bir gün öncə əsgər yoldaşına deyibmiş ki, “Sən evin tək, övladısan, özünü qoru, sığınacaqdan çox çıxma, nə lazım olsa(mərmi, silah-sursat daşımaq) mən özüm edəcəm, sənə bir şey olsa anana kim baxar, mənim isə qardaşım var”.