Fizuli Süleymanov

Fizuli Süleymanov

(20 fevral 1992; Aşağı Quşçu, Tovuz rayonu — 30 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Fizuli Süleymanov 1992-ci il fevralın 20-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2007-2016-cı illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb.

Ailəli idi.

Fizuli Süleymanov 2010-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fizuli Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib.

Fizuli Süleymanov sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fizuli Süleymanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fizuli Süleymanov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Suqovuşanın azad olunmasına görə” medalı
(ölümündən sonra)
15.12.202029.12.2020