(19 noyabr 1993; Daşkəsən rayonu, Xoşbulaq kəndi — 2 oktyabr 2020; Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Məmmədov Hikmət Lətif oğlu 19 noyabr 1993-cü ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olmuşdur.
Orta təhsilini Gəncə şəhərində yerləşən Kəlbəcər rayon 98 nömrəli tam orta məktəbində alıb. 2011-ci ildə Gəncə Dövlət Universitetinin Mühasibat uçotu fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra 2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmət dövründə 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.
Hikmət Məmmədov əmək fəaliyyətinə Gəncədəki Nizami məqbərə kompleksində (Gəncə şəhər Nizami Gəncəvi Muzeyi) başlamışdı. Burada əvvəlcə mühasib, sonra ekskursiyaçı işləyib. İşinə olan həvəsi və məsuliyyəti, peşəkarlığı sayəsində kollektivin rəğbətini qazanıb.
Sentyabr ayında Müdafiə Nazirliyi tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin hərbi toplanışlara cəlb olunması zamanı Hikmət də hərbi təlimlərə çağırılır. Vətən müharibəsi başlayanda o, ordu sıralarında idi və ilk gündən torpaqlarımızın azad olunması uğrunda ölüm-dirim savaşına qatılır. Hikmət Məmmədov oktyabrın 2-də Murovdağ istiqamətində döyüşlərdə böyük şücaət göstərərək şəhadətə yetir.
Qəhrəman şəhid oktyabrın 4-də Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.