Hüseyn Abbasov

Hüseyn Abbasov

(13 fevral 1993; Hacıqabul rayonu – 6 oktyabr 2020; Tərtər rayonu) -Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsinin şəhidi.

Hüseyn Abbasov 1993-ci il fevralın 13-də Hacıqabul rayonunda anadan olub.

Hüseyn Abbasov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Hüseyn Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hüseyn Abbasov oktyabr 6-da Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Suqovuşanın azad olunmasına görə” medalı
(ölümündən sonra)
15.12.202029.12.2020