Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.
Orucov İlqar Rəhman oğlu 19 yanvar 1984-cu ildə Gəncə şəhərində anadan olub. 1990-cı ildə Gəncə şəhərində şəhid Nizami Aydın adına 18 saylı tam orta məktəbə daxil olub, 2000-ci ildə həmin məktəbi fərqlənmə ilə bitirib. 2001-2005-ci il tarixlərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində qoşun kəşfiyyatı ixtisası üzrə təhsil alıb. Daha sonra TTM-də Xüsusi Təyinatlı Qüvvələrdə təhsilini davam etdirib. 2006-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasında XTQ müxtəlif vəzifələrdə xidmət edib. 2018-2019-cu illərdə SQ Hərbi Akademiyasında magistr təhsili almışdır. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrdə müəyyən vəzifələrdə xidmətini davam etdirib Vətən müharibəsinin ilk günündən Murovdağ, Cəbrayıl, Xocavənd, Füzuli və bir çox kəndlərin düşməndən azad edilməsində iştirak etmiş və şəxsi şücaəti ilə fərqlənmiş, tabeliyindəki şəxsi heyəti bacarıqla idarə etmiş Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında qarşıya qoyulan tapşırıqları yerinə yetirmişdir.
Ailəlidir. 2 övladı var.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən İlqar Orucova “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.
(09.12.2020) — “Vətən Müharibəsi Qəhrəmanı” medalı
III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı
III dərəcəli “Qüsursuz xidmətə görə” medalı
II dərəcəli “Qüsursuz xidmətə görə” medalı
(26.06.2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
(26.06.2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
(26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
“Şücaətə görə” medalı
(24.12.2020) — “Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)
(25.12.2020) — “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)