İmaməli Əhədzadə

İmaməli Əhədzadə

İmaməli Əhədzadə Şəvəqqət oğlu 24.08.19994-cü ildə Lənkəran şəhərində anadan olmuşdu.

“Uşaqlıqdan vətənpərvər idi. Nə vaxt baxırdım “Sunqurlar”, “Söz” və s. bu kimi vətənpərvərlik seriallarına baxırdı. Aprel döyüşlərində də olmuşdu. Vətən Müharibəsində ilk hücuma keçən taborda idi. Döyüş zamanı tabordan tək sağ çıxır və düşmənin yerlərini bilir. 2-ci tabora qoşulur, düşmənin yerlərini deyir. Və əsgər yoldaşları beləcə yenə də hücuma keçirlər. 

Onun döyüş yoldaşlarından biri danışır:
“Fizulidə çox çətin bir yerdə idi döyüşümüz. İmaməli filmlərdəki kimi çox peşakar döyüşürdü. Gözündə heç qorxu yox idi, hamıdan qabaqda gedirdi. Bir nöqtəyə çatanda nişançılar çıxdı qarşımıza. Snayperlərdən qorunmağa çalışanda əsgər yoldaşımızın biri vuruldu. Snayperə görə çıxa bilməsək də, İmaməli gözünü qırpmadan şahmat üsuluyla qaçaraq düz snayperin üstünə hücum etdi. Biz də o müddətdə yaralı əsgərimizi təhlükəsiz yerə çəkib gətirdik. Amma İmaməli snayper gülləsinə tuş gəldi. Snayperə çox yaxınlaşdığı üçün onlar qaçmağa çalışdılar, ancaq onları vurduq. Güllə İmaməlinin boğazından tutmuşdu, ona görə də ona kömək edə bilmədik. İmaməli snayperin üstünə getməsəydi, bəlkə də xeyli itki verərdik. Düşmən artıq çox qorxmuşdu çünki heç gözünü qırpmadan snayperin üstünə qaçaraq gələn igidimizi görmüşdü”.

İmaməli Əhədzadə 24 yaşında ailə qurmuşdu.

Hər kəslə yola getdiyi üçün hamı tərəfindən də daim sevilirdi. Oktyabrın 4-ü vətən müharibəsində qəhramancasına döyüşərək şəhidlik zirvəsinə ucaldı”.

Vətən Uğrunda medalı ilə təltif olunub.