Kamil Nəsibov

Kamil Nəsibov

Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olmuşdur. 1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirmiş və ordu sıralarına çağırılmışdır. Üç ildən sonra ordudan tərxis edilərək vətənə qayıtmış, 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.

1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qaldığı zaman Kamil könüllülərdan ibarət özünümüdafiə bölüyü yaratmış və özünün komandir olduğu 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəyli, Xanallar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərmişdir.

1992-ci il 29 iyun tarixində Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdən birində Kamil Nəsibov snayper gülləsidən ağır yaralanmış, döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də cəsur komandir etiraz edərək döyüş meydanını tərk etməmiş və nəticədə çoxlu qan itirmədən həlak olmuşdur.

Kamil Nəsibov ailəli idi, dörd övladı var.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ağcabədi rayonunda dəfn edilmişdir.

Doğulduğu Bozlu kəndindəki Mədəniyyət evi Kamil Nəsibovun adını daşıyır.