Kamil Şirinov

Kamil Şirinov

(9 aprel 1991-ci il; Salyan rayonu, Çuxanlı kəndi — 29 sentyabr 2020; Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi.

Kamil Şirinov 1991-ci il aprelin 9-da Salyan rayonunun Çuxanlı kəndində anadan olub.[1] 1997-2006-cı illərdə Z. Həmidov adına Çuxanlı kənd tam orta məktəbində, 2006-2009-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

Kamil Şirinov 2013-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdi. Kamil Şirinov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb və fərqlənib.

Azərbaycan Ordusunun kapitanı olan Kamil Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamil Şirinov sentyabrın 29-da Füzuli döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Şirinov “Qarabağ” ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Şirinov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı“Qarabağ” ordeni (ölümündən sonra)“Vətən uğrunda” medalı (ölümündən sonra)
26.06.201809.12.202015.12.2020