Məmmədhəsən Sadiqli

Məmmədhəsən Sadiqli

(21 fevral 1992; Şərur, Azərbaycan — 27 oktyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi.

Məmmədhəsən Sadıqlı 1992-ci il fevralın 21-də Şərur rayonunun Dəmirçi kəndində anadan olub.

1998-ci il “Şəhid Etibar Əhmədov adına Dəmirçi kənd orta məktəb” ində təhsil almağa başlayıb, məktəbdə təhsil aldığı müddət ərzində Yunan-Roma güləş növü ilə məşqul olub və bir çox yarışlarda qalib gəlib.

2007-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə daxil olur, 2010-cu ildə isə buranı bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olur. 2014-cü ildə Leytenant Hərbi rütbəsini alaraq buranı da bitirir, bitirdikdən sonra Silahlı qüvvələrin 2015-ci ildə TTM-in zabit ixtisas kursunu bitirib. Bundan sonra leytenant kimi Culfa şəhərinə təyinat alır. 3 il Culfa şəhərində xidmət etdikdən sonra 2017-ci ildə baş leytenant rütbəsini alır, xidməti ərzində Günnüt döyüşlərində öndə gedənlərdən biri olub. Günnütdə böyük şücaətlər görsətdiyi üçün Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əmri ilə 26 iyun 2018-ci ildə “Hərbi xidmətdə fərqlənməyə görə” 3 cü dərəcəli medal və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.

sonrakı təyinatı isə Vayxır olub, Burdakı xidməti ərzində 2018-ci ildə Türkiyədə “Komando Temel Kursu”-nu Azərbaycan üzrə başarı və 1-ciliklə bitirmiş, daha sonra 2019-cu ildə Əlahiddə Ümumqoşun ordu üzrə “Ən yaxşı kəşfiyyat (XT) bölüyü” yarışında yüksək nailiyyətlər əldə etdiyinə görə fəxri fərman ilə təltif olunub.

Hərbidə dəfələrlə “Yunan-Roma güləş” yarışlarında iştirak edərək böyük nailiyyətlər əldə edib.

2020-ci il sentyabrın 27-də başlamış “Vətən Müharibəsi”-ndə şəhid olmuş dostlarının və silahdaşlarının intiqamını almaq, həmdə döyüşdəki silahdaşlarını tək qoymamaq vətən borcunu yerinə yetirmək üçün Naxçıvan XTQ heyəti ilə birlikdə 25 oktyabr 2020-ci ildə Füzuli istiqamətinə yola düşür. Yanındakı döyüş yoldaşları ilə birlikdə bir neçə post aldıqdan sonra Şuşa istiqamətində hərəkət edən zaman Axırıncı Zərdanaşen kəndində gedən qızğın döyüşdə yaralanan əsgəri xilas edərkən yaralanır 27 oktyabr 2020-ci ildə Şəhid olur.

2014-cü ildə ailə həyatı qurub və bir övladı atası idi.

Döyüşdən qayıdan komandiri və silahdaşları həmin anı bu cür xatırlayırlar:

Oktyabrın 27-si qızğın döyüş gedirdi, əsgərlərdən biri düşmənin snaper atəşi ilə yaralandı, həmin an mümkünsüz idi əsgəri xilas etmək, lakin Sadiqli onu yaralı halda qoymaq istəmədi. Bir neçə dəfə Sadiqli səngərdən çıxmaq istəyərkən biz “getmə, qoy biraz ara sakitləşsin gedib çıxararıq” dedik, amma Sadiqlini saxlaya bilmədik. Əsgəri xilas edərkən özü də düşmənin snaper atəşi nəticəsində yaralanır. Yaralı olmasına baxmayaraq neytiral zonadan özünü də yaralı əsgəri də çıxardır. Bizim yanımıza çatarkən “şərəfsizlər mənidə vurdu” dedi. Yaralı halda döyüşərək özü-öz intiqamını alır.

Son nəfəsinə kimi həmişəki adətində deyib-güldü. Birdə övladı Uğur haqda danışırdı. “Mən çox xoşbəxtəm ki, döyüşə gələrkən oğlumla özümə qüsul verdim”. Biz Məmmədhəsənin əllərini ovurduq ki, huşunu itirməsin. Bu müddət ərzində təcili yardımı gözləyirdik. Lakin təcili yardım gələrkən minaya düşür və içindəkilər şəhid olur. Bütün səylərimizə baxmayaraq Sadiqli Məmmədhəsən “MƏNİ TANİYANLARIN HAMISINA SALAMIMI ÇATDIRARSINIZ, HAMISINI ÇOX SEVİRƏM” deyərək şəhadətinə qovuşdu.

Azərbaycan Ordusunun baş leytenantı olan Məmmədhəsən Sadiqli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərinin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb, oktyabrın 27-də Şuşa döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmmədhəsən Sadiqli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alan, Azərbaycan Prezidenti İlham Əliyevin (29.12.2020) tarixli Sərəncamına əsasən ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə (30.12.2020) tarixli Sərəncamına əsasən isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı“Vətən uğrunda” medalı (ölümündən sonra)“Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)
26.06.201826.06.201815.12.202029.12.2020
“Hərbi xidmətlərə görə” medalı (ölümündən sonra)“Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra)“Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra)
30.12.202024.06.202105.11.2021