(13 aprel 1999; Bakı şəhəri – 27 noyabr 2020-ci il; Ağdərə) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Cavadov Mahmud Heydər oğlu – 13 aprel 1999-cu ildə, Bakı şəhərində anadan olub. Əslən Cəbrayıl şəhərindən olan M.Cavadov 2005-2016-cı illərdə Yasamal rayon, A.Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsilə yiyələnmişdir.
2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Goranboy rayonunda keçirmişdir.
İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda döyüşlərdə böyük şücaət göstərən M.Cavadov 27 noyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində qəhrəmancasına Şəhid olmuşdur.
İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Cavadov Mahmud Heydər oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.