Murad Məmmədli

Vətən Müharibəsi Şəhidi

Məmmədli Murad (27 yanvar 1996-cı il, Bakı şəhəri, Biləcəri qəsəbəsi – noyabr 2020-ci il, Qarabağ) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Murad Teymurşah oğlu Məmmədli 27 yanvar 1996-cı ildə Bakı şəhəri, Biləcəri qəsəbəsində anadan olmuşdur.

İkinci Qarabağ müharibəsi başlayan ilk günlərdən könüllü olaraq ön cəbhəyə yollanmışdır. Döyüş yolu Füzuli-Qubadlı istiqamətində olmuşdur.

AR prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli qərarı ilə Məmmədli Murad Teymurşah oğlu ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)“Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)
15.12.202015.12.202015.12.2020