Nizami Mövlanov

Nizami Mövlanov

Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nizami Mövlanova “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.