(Oktay Əli oğlu Vəliyev d: 11.10.1963 – ö: 23.12.1993)
Leytenant Oktay Vəliyev 11 oktyabr 1963-cü ildə Bakı şəhərində anadan olmuşdu.
ktay Vəliyev Azadlıq hərəkatı başlanan ilk gündən vətənpərvərliyi ilə seçilib. Dənizçilərin tətilə qoşulması üçün gəmilərdə təbliğat işi aparardı, suverenliyimiz uğrunda bacardığını əsirgəmizdi.
1990-cı ilin qanlı 20 yanvarında da Oktay Vəliyev dənizçilərimizin etiraz aksiyasında öndə olanlardan idi. Məhz onun fədəkarlığının sayəsində Sovet Ordusu tərəfindən yağmalanan “Sabit Orucov” gəmisində və Dəniz vağzalında baş verənlər lentə alınmışdı. Həyatını təhlükəyə ataraq Cəfər Cabbarlı adına kinostudiyanın kamerasını çörək dolu kisənin içində gəmiyə keçirmişdi ki, o zaman lentə alınan kadrlar bu gün hadisələrin tarixin yaddaşında qalmasında müstəsna rol oynamışdı.
Sovet ordusu tərkibində Əfqanısatanda gedən döyüşlərdə iştirak etmişdi.
Oktay Vəliyev 1992-ci ildə könüllü olaraq I Qarabağ savaşına yollandı. Qəhrəmanlığı haqda dənizçilərimizin arasında əfsanələr danışılırdı. İşlədiyi gəmiyə Oktayın adı verilib.
Qarabağda döyüşlər başladığı ilk günlərdən döyüşlərə qatılmış və bir çox istiqamətlərdə mərdliklə döyüşmüşdür. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna ermənilər hücum edən zaman Oktay da öz tağımı ilə birlikdə həmin döyüşlərdə yaxından iştirak etmiş və erməniləri rayondan qovub çıxartmaqda öz köməkliyini göstərmişdi. May ayında Şuşada gedən döyüşlərdə də bataloyunun tərkibində mərdliklə döyüşmüş və Şuşadan ən sonuncu çıxanlardan olmuşdur.
Daha sonra Bakıda 777-saylı hərbi hissə yarananda o da həmin hərbi hissədə Hərbi Hava tağımına komandir təyin olunur. Qısa bir müddət hazırlıqdan sonra Goran paleqonunda hərbi təlimlər keçirilir və Oktayın xidmət etdiyi batalyonu 23 iyul 1993-cü ildə Ağdama gətirilər. Oktaq Hərbi Hava tağımında olmasına baxmayaraq onun tağımını ön cəbhəyə göndərirlər. Ağdamın Əfətli, Yusifcanlı, Mərzili kəndlərinin azad olunmasında o və onun tağımı yaxından iştirak edir.
23 avqust 1993-cü ildə Batalyonu Füzuliyə gətirirlər. Həmin gündən başlayaraq may 1994-cü ilə qədər Füzulinin Əhmədbəyli, Aşağı Alxanlı, Yuxarı Alxanlı, Aşağı Seyidəhmədli, Yuxarı Seyidəhmədli, Qaraxanbəyli, Kürdmahmudlu və s. kənlərininın düşməndən azad olunmasında Oktay və onun tağımı bir çox qəhrəmanlıqlar göstərir. Amma təəssüf ki, Oktayın özü bu döyüşlərin birində 23 dekabr 1993-cü ildə Oktayın son döyüşü Füzuli rayonun Alxanlı kəndi istiqamətində olmuşdu. Xüsusi təyinatlılarımızın qəhrəman oğlu Oktay həmin döyüşdə qumbaraatanla düşmənin iki zirehli maşınını vurmuşdu. O, 3 cü dəfə qumbaraatanla səngərə yaxınlaşan erməni tankını vurmuşdu. Alxanlı kəndinin azad olunması döyüşlərində tank mərmisinin yaxınlığına düşməsi nəticəsində ölümcül yaralanır. Onu arxa cəbhəyə hospitala apararkən yolda dünyaya gözünü əbədi yumur və şəhidlik zirvəsinə yüksəlir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Bu isə Elşad Vəliyevdir. O, XDND idarəsinin I Qarabağ savaşında şəhid olan elektrik mexanniki Oktay Vəliyevin oğludur.
Şəhid dənizçimizin oğlu Elşad da dənizçi kimi əmək fəaliyyəti ilə məşğul olub. XDND idarəsinin Üzən Təmir Emalatxanasında tornaçı kimi işləyib. II Qarabağ savaşı başlayan kimi, könüllü olaraq Orduya yazılıb. Qəhrəmanlığı haqda döyüşçü dostları, komandirləri ürəklə danışır. Hal hazırda rəşadətli ordumuzun sıralarnda vətənimizin müdafiəsindədir. Qazimizə Allah cansağlığı versin.!Xatırladaq ki, Oktay Vəliyev XDND idarəsinin sabiq baş mühəndisi, ADDA-nın baş müəllimi olmuş, DSD İB-nin sədr müavini, tanınmış şair-bəstəçi Hüseyn Sözlünün yaxın qohumudur.
Ümumilikdə 1 şərh qəbul olunub
Şərh yazmaq üçün menyudan ŞƏRHLƏR səhifəsinə gedin.