Orxan Cumayev

Orxan Cumayev

(14 yanvar 2000; Zaqatala, Azərbaycan — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Orxan Cumayev 2000-ci il yanvarın 14-də Zaqatala şəhərində anadan olub. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Cumayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Cumayev oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Zaqatala şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Cumayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)
15.12.2020