Osman Elsevər oğlu Cəfər (17 iyun 1998; Otuziki, İmişli rayonu, Azərbaycan — 4 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Şəhid Cəfər Osman Elsəvər oğlu 1998-ci il 17- iyunda İmisli rayonunun 32-lər kəndində anadan olmuşdur. 2005-ci ildə İmisli rayonunun 5-sayli tam orta məktəbində 1-ci sinifine daxil olmuş , 2016-ci ildə həmin məktəbin məzunu olmusdur. Osman, sinif yoldaslari arasinda deyib gülən şən və çalısqan bir şagird olmusdur. 2016- ci ildə ali məktəbə imtahan vermiş və Azərbaycan Memarliq və İnşaaat Universitetinin Sənayenin təskili və idarə olunmasi fakültəsinə qəbul olunmuşdur . 2020-ci ildə universiteti əla qiymətlərlə bitirən Osmanın oxuduğu 4-il ərzində heç bir kəsri olmamisdir. Bu səbəbdəndə fakültənin dekani, müəllimləri tərəfindən, sevilən Osman qrup yoldaslari arasindada xususi hörmətə sahib olmuşdur.
2020-ci il iyul ayinin 11-də Osman həqiqi hərbi xidmətə yararsiz olmasina baxmayaraq könüllü olaraq ərizə yazmiş həqiqi hərbi xidmətə yollanmisdir. 2-ci Qarabag müharibəsində xususi igidlik göstərən Osman, Azərbaycanın isgal altinda olan Cəbrayılin, Qubadlınin alinmasinda istirak etmiş, Noyabr ayinin 4-də Laçin ugrunda gedən döyüşlərdə Laçın Dəhlizində Qəhrəmancasına şəhidlik zirvəsinə ucalmisdir.
Osmanın nəşi 26- noyabr 2020- ci ildə doguldugu İmisli rayonuna gətirilmiş və doğulub boya başa çatdığı otuzikilər kəndində dəfn olunmuşdur.
“Vətən uğrunda” medalı (ölümündən sonra) | “Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra) | “Qubadlının azad olunmasına görə” medalı (ölümündən sonra) | “Laçının azad olunmasına görə” medalı (ölümündən sonra) | “Hərbi xidmətlərə görə” medalı (ölümündən sonra) |
15.12.2020 | 24.12.2020 | 29.12.2020 | 29.12.2020 | 30.12.2020 |