Hikmət Mirzəyev

Hikmət Mirzəyev

Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı; Xüsusi Təyinatlı Qüvvələrin Komandanı; Vətən Müharibəsi Qəhrəmanı;2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindən; Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatının başçısı. Şuşa şəhərinin azad olunması əməliyyatının rəhbəri.

Hikmət Mirzəyev Biləsuvar rayonunda anadan olub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev general-mayor Hikmət İzzət oğlu Mirzəyevi general-leytenant ali hərbi rütbəsi ilə təltif etmişdir.[1]

O, Ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona Polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

Bundan başqa, Hikmət Mirzəyev 24 iyun 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə Heydər Əliyevin fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

24 iyun 2015-ci ildə isə Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. O, bundan öncə Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatına başçılıq edib. Bu münasibətlə dövlət başçısı Mirzəyevə zəng edərək onu təbrik edib. Daha sonra isə Ali Baş Komandanın 17 oktyabrda imzaladığı sərəncamla ona general-leytenant ali hərbi rütbəsi verilib.

Onu da bildirək ki, 2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev general-leytenant Hikmət Mirzəyevi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə təbrik edib.

(1994) — “Azərbaycan Bayrağı” ordeni
(2001) — “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı
(2003) — “İgidliyə görə” medalı
(2007) — “Vətən uğrunda” medalı
(2008) — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı
(2013) — “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı
(2015) — 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni[3]
(2018) — “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı
“Hərbi xidmətdə fərqlənməyə görə” I dərəcəli medalı
“Hərbi xidmətdə fərqlənməyə görə” II dərəcəli medalı
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı
(09.12.2020) — “Vətən Müharibəsi Qəhrəmanı” medalı
(24.12.2020) — “Cəbrayılın azad olunmasına görə” medalı
(25.12.2020) — “Füzulinin azad olunmasına görə” medalı
(29.12.2020) — “Qubadlının azad olunmasına görə” medalı
(29.12.2020) — “Şuşanın azad olunmasına görə” medalı
(29.12.2020) — “Kəlbəcərin azad olunmasına görə” medalı

O, heç kəsə müsahibə vermədi, heç yerdə heç nə danışmadı. Nə videoları yayıldı, nə şəkilləri… Nə də öz qəhrəmanlıqlarından söz açdı. Məmurlarla şəkil çəkdirmədi, heç kəsin qəbuluna getmədi, özünə reklam qurmadı. Amma hər kəs bilir ki, bu adam olmasaydı…

Əsl sərkərdə və sirr sandığı olan bu adamı sevək, qoruyaq! Onun susqunluğu və baxışları 44 günlük qanlı müharibənin hər saniyəsini özündə ehtiva edir. 10 milyon insanımızın hər birinin üzərində haqqı olan Haqq Adam! Fateh Adam! Hikmət Mirzəyev!