Osman Cəfər

Osman Cəfər

Osman Elsevər oğlu Cəfər (17 iyun 1998; Otuziki, İmişli rayonu, Azərbaycan — 4 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Şəhid Cəfər Osman Elsəvər oğlu 1998-ci il 17- iyunda İmisli rayonunun 32-lər kəndində anadan olmuşdur. 2005-ci ildə İmisli rayonunun 5-sayli tam orta məktəbində 1-ci sinifine daxil olmuş , 2016-ci ildə həmin məktəbin məzunu olmusdur. Osman, sinif yoldaslari arasinda deyib gülən şən və çalısqan bir şagird olmusdur. 2016- ci ildə ali məktəbə imtahan vermiş və Azərbaycan Memarliq və İnşaaat Universitetinin Sənayenin təskili və idarə olunmasi fakültəsinə qəbul olunmuşdur . 2020-ci ildə universiteti əla qiymətlərlə bitirən Osmanın oxuduğu 4-il ərzində heç bir kəsri olmamisdir. Bu səbəbdəndə fakültənin dekani, müəllimləri tərəfindən, sevilən Osman qrup yoldaslari arasindada xususi hörmətə sahib olmuşdur.

2020-ci il iyul ayinin 11-də Osman həqiqi hərbi xidmətə yararsiz olmasina baxmayaraq könüllü olaraq ərizə yazmiş həqiqi hərbi xidmətə yollanmisdir. 2-ci Qarabag müharibəsində xususi igidlik göstərən Osman, Azərbaycanın isgal altinda olan Cəbrayılin, Qubadlınin alinmasinda istirak etmiş, Noyabr ayinin 4-də Laçin ugrunda gedən döyüşlərdə Laçın Dəhlizində Qəhrəmancasına şəhidlik zirvəsinə ucalmisdir.

Osmanın nəşi 26- noyabr 2020- ci ildə doguldugu İmisli rayonuna gətirilmiş və doğulub boya başa çatdığı otuzikilər kəndində dəfn olunmuşdur.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)“Qubadlının azad olunmasına görə” medalı (ölümündən sonra)“Laçının azad olunmasına görə” medalı (ölümündən sonra)“Hərbi xidmətlərə görə” medalı (ölümündən sonra)
15.12.202024.12.202029.12.202029.12.202030.12.2020