Paşa Təhməzov

Paşa Təhməzov

(23 mart 1949, Lənkəran, Lənkəran rayonu – 23 avqust 1993, Lənkəran, Lənkəran rayonu) — Azərbaycanın Milli Qəhrəmanı.

Paşa Təhməzov 23 mart 1949-cu il Lənkəran şəhərində doğulmuşdur. 1964-cü ildə burada 6 saylı orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə Əhaliyə Məişət Xidməti İstehsalat Kombinatında usta köməkçisi kimi başlamışdır. 1993-cü il 23 avqustda Azərbaycanın cənub bölgəsində vəziyyət gərginləşəndə P. Təhməzov silaha sarılaraq “Talış Muğan Respublikası” adı ilə baş qaldıran daxili çəkişmələrin qarşısını almağa yollanır. Paşa Təhməzov dövlətçiliyimizin qorunması uğrunda öz canını əsirgəmir. Cinayətkar dəstə ilə baş verən qarşıdurma nəticəsində P. Təhməzov qəhrəmancasına həlak olur.

Lənkəran şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Lənkəran şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuş, “23 Avqust” meydanında büstü qoyulmuşdur.

Ailəli idi, üç övladı qalıb.

Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Təhməzov Paşa Qurban oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Lənkəran rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

Lənkəranda küçələrdən biri qəhrəmanımızın adını daşıyır.

Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. “23-Avqust” meydanında büstü qoyulub.