Rəşad Quliyev

Rəşad Quliyev

(23 sentyabr 1983; Xətai rayonu, Azərbaycan – 7 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi.

“Hazırlaşın, ya qəhrəman kimi, ya da şəhid kimi qayıdacağam” deyən, Cəbrayıl uğrunda döyüşlərdə şəhid olan “Canavar” ləqəbli polkovnik-leytenant Rəşad Quliyev.

Rəşad Quliyev 1983-cü il sentyabrın 23-də Xətai rayonunda Rəşid və Mətanət Quliyevlərin ailəsində anadan olub. Əslən Quba rayonundan idi. 1990-1998-ci illərdə Xətai rayonunda A. Xəlilov adına 263 nömrəli tam orta məкtəbdə, 1998-2000-ci illərdə isə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.

Ailəli idi. Dərya və İnci adında 2 qızı yadigar qaldı.

Rəşad Quliyev ali hərbi təhsilini bitirəndən sonra Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgələrində yerləşən hərbi hissələrində xidmət edirdi.

Rəşad Quliyev 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşıb.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Rəşad Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüş yoldaşları tərəfindən Canavar ləqəbini qazanıb. Rəşad Quliyev oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Quliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı
26.06.200826.06.201326.06.201420.04.2016
“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı“Vətən uğrunda” medalı (ölümündən sonra)
26.06.201826.06.201915.12.2020