(27 oktyabr 1952, Kirovabad, Gəncə vilayəti – 12 noyabr 1992, Ağstafa, Ağstafa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi iştirakçısı.
Rafael Əvəz oğlu Əsədov 1952-ci il oktyabrın 27-də Gəncədə anadan olub. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilieriya Məktəbinə daxil olmuşdur. 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Нәгbi Artilleriya Akademiyasında davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq etmişdir.
1991-ci ildən Əsədov Ağdam, Goranboy, Tovuz və Gədəbəy bölgələrində hərbi əməliyyatların fəal iştirakçısı olmuşdur.
1992-ci il 12 noyabrda Ağstafa bölgəsində əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olmuşdur. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı Fərmanı ilə Əsədov Rafael Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.